Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda aşağıdakı qərarlar qəbul edilib
Topaz Premyer Liqasının 6-cı turunun “Qarabağ” – “Sumqayıt” matçının 88-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Markos Madera ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Topaz Premyer Liqasının 6-cı turunun “Zirə” – “İnter” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 88-ci dəqiqəsində “İnter”in futbolçusu İlkin Qırtımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra “İnter”in məşqiçisi Cəmaləddin Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub.
Topaz Premyer Liqasının 6-cı turunun “Səbail” – “Kəpəz” matçında “Kəpəz”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
