“İnter” 21 milyon avroluq təklifi rədd etdi
07.08.2024 , 11:55

İtaliya nəhəngi “İnter” perspektivli futbolçusu Yann Bissek üçün qərar verib.
Korner.az xəbər verir ki, klub “Vest Hem”in 23 yaşlı müdafiəçi üçün 21 milyon avroluq təklifini rədd edib.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Xəbərdə, “İnter”in futbolçunu satmaq fikrində olmadığı və heç bir təklifə müsbət cavab verməyəcəyi bildirilib.
“İnter”in heyətində ümumilikdə 21 oyuna çıxan alman müdafiəçi 2 qol vurub, 2 məhsuldar ötürmə edib.
Mina Musayeva
