Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Asteras” – “İnter” oyunu canlı yayımlanacaq. Korner.az-ın məlumatına görə, bu gün Yunanıstanda keçiriləcək cavab oyunu “İdman Azərbaycan” kanalı ilə azarkeşlərə nümayiş olunacaq.
Qarşılaşma saat 22:00-da başlayacaq.
Qeyd edək ki, ötən həftə Bakıda keçirilən və 1:1 hesabı ilə başa çatan oyun da bu kanalla canlı yayımlanmışdı.