Türkiyədə təlim-məşq toplanışına başlayan “İnter”in azarkeşlərinə şad xəbər var.
Korner.az-ın məlumatına görə, komandanın əsas qol silahlarından olan Baçana Tsxadadze məşqlərə başlayıb.
“Bakı” ilə oyunda Etto ilə toqquşan və kəllə-beyn tramvası alan gürcü hücumçu ilin son oyunlarını buraxmalı olmuşdu. Baş məşqçi Kaxaber Tsxadadzenin oğlu Antalyada yüngül məşqlərə başlayıb. Baçana çempionatın startınadək tam hazır olacaq.
