"Fiorentina" klubunun futbolçusu Mario Qomes zədələnib.
Korner.az-ın məlumatına görə, bu xəbəri klubun mətbuat xidməti yayıb. O, "İnter"ə qarşı oyunda iştirak edə bilməyəcək. Həkim müayinəsindən keçən futbolçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, klubun digər futbolçusu Borxa Valera da zədəli olduğundan iştirak ərizəsinə salınmayıb.
