İtaliya çempionatında növbəti oyununa çıxan "İnter" öz meydanında "Siena"ya uduzub.
Korner.az xəbər verir ki, 73-cü dəqiqədə Vegasollaya, 90-cı dəqiqədə isə Valianiyə mane ola bilməyən meydan sahibləri oyunu 0:2 hesabı ilə məğlub başa vurublar.
Xatırladaq ki, "İnter" Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 4-də Bakıda "Neftçi"ylə qarşılaşacaq.
