Xəbər verdiyimiz kimi, bu gün Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş “İnter” – “Neftçi” matçından sonra paltardəyişmə otaqları yerləşən dəhlizdə iki klubun futbolçu və klub rəsmiləri arasında insident baş verib.
“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Gündüz Abbaszadə saytımıza açıqlamasında insidentdə “İnter”in mühafizə xidməti əməkdaşlarının da iştirak etdiyini bildirib. Bu isə, İntizam Qaydalarının 50-ci maddəsinin 3-4-cü abzaslarına ziddi. Söhbət o sənəddən gedir ki, o, AFFA başqanı Rövnəq Abdulayevin imzası və assosiasiyanın möhürüylə təsdiqlənir. Əgər “Neftçi”nin iddiaları təsdiqlənsə (hərçənd, “İnter” iddiaları təkzib edir) və “İnter” İntizam Qaydalarının 50-ci maddəsinə uyğun olaraq texniki məğlubiyyətlə cəzalanmasa, bu, İntizam Komitəsinin həm AFFA prezidentinin imzasına, həm də assosiasiyanın, yəni özünün möhürünə, yumşaq desək, tüpürmək olacaq.
