İnstaqramda ən çox qazanan futbolçular
27.07.2018 , 18:21

İnstaqramda etdikləri sponsorlu paylaşımlardan ən çox qazanan futbolçuların adları məlum olub
İnstaqram analiz saytı olan HopperHQ.com-un hazırladığı siyahının lideri 133 milyon izləyicisi olan portuqaliyalı futbolçu Ronaldodur. O, hər reklam etdiyi şirkətdən sadəcə bir paylaşım üçün təxminən 750 min dollar gəlir əldə edir.
İkinci yerdə, 101 milyon izləyicisi olan və hər paylaşımdan 600 min dollar əldə edən Neymar dayanır. Messi siyahıda 3-cü yerdədir. Hər paylaşımdan 500 min dollar gəlir əldə edən Messinin 95 milyon izləyicisi var. 300 min dollar gəlirlə David Bekham 4-cü, 185 min dollar gəlirlə Bale isə 5-ci yerdə qərarlaşıb.
