İngiltərə yığmasının üzvü Rahim Sterlinq ona qarşı olan tənqidlərə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, gənc futbolçu tənqid hədəfinə Estoniya ilə qarşılaşmaya start heyətdə çıxmadığına görə düşmüşdü. Yığmanın baş məşqçisi Roy Hodson onun yorğun olduğunu səbəb kimi bildirmişdi.
"Liverpul"lu futbolçu isə onu tənqid edənlərin ünvanına:
"İnsan olduğuma görə sizdən üzr istəyirəm", – sözlərini Tvitter adresində qeyd edib.
Maraq üçün bildirək ki, 64-cü dəqiqədə meydana daxil olan Sterlinq komandasına cərmə zərbəsi qazandırmışdı. İngiltərənin qələbə topunu isə Ueyn Runi məhz bu cərimə zərbəsindən vurmuşdu.
