“İnşallah, Parisdə qızıl medal qazanaram“
07.04.2024 , 22:59

“Allaha çox şükürlər olsun. Bu qədər azarkeşin önündə məni məyus etmədi. Artıq 3-cü dəfədir ki, Olimpiya Oyunlarına vəsiqə qazanıram”.
Korner.az xəbər verir ki, bu sözləri sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev Bakıda təşkil edilən Olimpiya təsnifat turnirində Paris-2024-ə vəsiqə qazandığı görüşdən sonra deyib..
Üçqat dünya və dördqat Avropa çempionu bu Olimpiadanın onun üçün çox vacib olduğunu bildirib: “Uzun müddət çıxış etməyimə baxmayaraq, bu yarış karyeramda ən vacibi idi. Olimpiadalarda 1 dəfə 3-cü, 1 dəfə də 2-ci olmuşam. İnşallah, Parisdə qızıl medal qazanaram”.
