İnqilab Məmmədova beynəlxalq təyinat
15.08.2019 , 12:22
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov beynəlxalq təyinat alıb.
Korner.az AFFA-ya istinadən xəbər verir ki, Məmmədov avqustun 16-dan 18-dək çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League) turnirinin görüşlərini idarə edəcək. Bu mərhələnin oyunları İtaliyanın Katanya şəhərində keçiriləcək.
