İnqilab Məmmədova beynəlxalq təyinat
02.10.2019 , 16:21

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov beynəlxalq təyinat alıb.
Korner.az AFFA-ya istinadən xəbər verir ki, referi oktyabrın 12-dən 16-dək Qətərin paytaxtı Dohada keçiriləcək “ANOC World Beach Soccer Games” turnirinin final mərhələsinin oyunlarına təyinat alıb.
