İnqilab Məmmədov dünya çempionatına təyinat aldı
24.09.2019 , 10:49
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov beynəlxalq təyinat alıb.
Korner.az AFFA-ya istinadən xəbər verir ki, referi dünya çempionatının final mərhələsinin oyunlarını idarə edəcək.
Turnir noyabrın 21-dən dekabrın 1-dək Paraqvayda keçiriləcək.
