İspaniya milli komandasının və “Barselona”nın futbolçusu Andres İniesta evlənir. Korner.az-ın məlumatına görə, Annan Ortizlə ailə həyatı quracaq yarımmüdafiəçinin toyu bazar günü keçiriləcək.
Toya komanda yoldaşları Lionel Messi və Xavi Hernandez olmaqla bir sıra tanınmış simalar İniestanın toyuna dəvət olunublar. Bu qonaqların sırasında Luis Araqonez, Frank Raykard, Pep Qvardiola, Visente Del Boske, Lui Van Qal və İker Kasilyas da olacaq.
Qeyd edək ki, Andres İniesta “Avro-2012″nin ən yaxşı futbolçusu seçilib.