"Barselona"nın ulduz futbolçusu Andreas İniyesta "Arsenal"ın kamerunlu futbolçusu Aleks Sonqun ispaniyada uğur qazana biləcəyinə inanır.
Korner.az-ın məlumatına görə, Sonqla bir komandada çıxış etmək istədiyini bildirən yarımmüdafiəçi, futbolçunu katalonlara dəvət edib:
"Son əla futbolçudur. Bilmirəm neçə ildir ki, futbol oynayır. Lakin o yeni kəşf deyil. Sonq "Barselona"ya transfer oluna bilər. O, bura gəlsə çox xoşbəxt olaram".
