İngiltərə klubunda yeni futbolçu
02.01.2021 , 18:55
“Uotford” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Çempionşip təmsilçisi danimarkalı yarımmüdafiəçisi Filip Zinkkernageli transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Norveçin “Bodo-Qlimt” klubundan transfer olunan 26 yaşlı futbolçu ilə 5,5 illik müqavilə imzalanıb.