“Real”ın uelsli hücumçusu Qaret Beyl mövsümün sonunda iş yerini Almaniyaya dəyişə bilər.
Korner.az-ın məlumatına görə, bu bərədə nüfuzlu “Daily Mail” nəşri iddia irəli sürüb.
Qaret Beyl karyerasını “Bavariya”da davam etdirə bilər. İddiaya görə ulduz futbolçu uğrunda “Mançester Yunayted”, “Mançester Siti” və “Çelsi” də mübarizə aparır.
