Madridin "Atletiko" klubunun türkiyəıi futbolçusu Arda Turan İngiltərənin "Liverpul" klubuna keçə bilər.
Korner.az-ın məlumatına görə, bu barədə xəbəri İngiltərə mətbuatı yayıb.
Yayda Oussama Assaidini heyətinə qatan mersisaydlılar bu futbolçudan istədiyi oyunu ala bilməyincə yeni, yaradıcı futbolçu transfer etmək fikirindədi.
"Liverpul"un baş məşqçisi Brendan Rodgersin transfer siyahısında Arda ilk yerdə gəlir. Türkiyə millisinin də şərəfini qoruyan yarımmüdafiəçinin mneceri də, Ardanın baş çempionatda çıxış etməsinin əleyhinə olmadığını bildirib.
