“Məqsədimiz qrupun qalibi olmaqdı. Əks halda oktyabrda pley-off oyunlarında şansımızı sınamaq məcburiyyətində qalacağıq. Bu isə bizim planlarımıza qətiyyən uyğun gəlmir. Ona görə də Bakıda qələbə qazanmaq lazımdı”.
Korner.az-ın məlumatına görə, bu sözləri İngiltərənin gənclərdən ibarət yığmasının baş məşqçisi Stüart Pirs AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyunöncəsi təşkil olunmuş mətbuat konfransında deyib.
Pirs daha sonra millimizin evdə daha yaxşı çıxış etdiyini vurğulayıb:
“Belə komandalar adətən səfər görüşləri ilə müqayisədə evdə daha yaxşı oyun sərgiləyirlər. Hətta deyərdim ki, səfərdə və evdə oynayan komandalar arasında çox böyük fərq olur. Həm də Azərbaycan yığması son dövrlər çox artırıb. Bunda da məşqçilər korpusunun xidməti danılmazdı”.
