İngiltərənin 3 klubu onu istəyir
05.05.2025 , 15:00

“Bornmut”un müdafiəçisi Din Heysen Premyer Liqada klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İspaniyalı futbolçu ilə İngiltərənin 3 nəhəng klubu – “Mançester Yunayted”, “Çelsi” və “Tottenhem” yaxından maraqlanır.
Adıçəkilən klubların yayda oyunçu üçün rəsmi təklif göndərməyə hazırlaşdıqları bildirilib.
