İngiltərəli mütəxəssis Azərbaycanı tərk etdi
04.07.2020 , 19:28

Azərbaycanda stadionların ot örtüyünə qulluq edən Fil Şarples ölkəni tərk edib.
Korner.az xəbər verir ki, bu barədə mütəxəssis feysbuk səhifəsində məlumat yazıb: “Sağ ol, Azərbaycan! Burada çox yaxşı vaxt keçirdim. Tanıdığım hər kəsə təşəkkür edirəm”.
Şarples Qəbələ şəhər stadionu, Tofiq Bəhramov adına Respublika stadionu və digər arenalarda ot örtüyünə qulluq edib.
