İngiltərəli məşqçi Fransa klubunu çalışdıra bilər
05.01.2026 , 15:45
İngiltərəli məşqçi Qari O’Nill Fransa Liqa 1 komandalarından “Strasburq”la danışıqlar aparır.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, 42 yaşlı mütəxəssislə maraqlanan klub artıq ilkin görüşləri keçirib.
Hazırkı baş məşqçi Liyam Rosennorun “Çelsi”yə keçmə ehtimalı bu addımın əsas səbəbidir.
Cari mövsümdə “Strasburq” 17 turdan sonra 24 xalla turnir cədvəlinin 7-ci pilləsindədir.