İngiltərədən La Liqaya?
03.12.2024 , 11:30
“Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalo klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, futbolçu karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
“Real” portuqaliyalı futbolçunun xidmətində maraqlıdı.
İspaniya nəhəngi artıq Dalo üçün “Mançester Yunayted”lə danışıqlara başlayıb.
İngiltərə klubu 25 yaşlı sağ cinah müdafiəçisi üçün Madrid klubundan 50 milyon avro tələb edir.