İngiltərədə klubunu dəyişir
27.05.2025 , 11:15

“Brentford”un futbolçusu Brian Mbemo klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, kamerunlu oyunçunun xidmətində “Mançester Yunayted” maraqlıdır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
“Qırmızı şeytanlar” Mbemo üçün qarşı tərəflə danışıqlara başlayıb.
Premyer Liqa klubu 25 yaşlı oyunçu üçün 60 milyon avro tələb edir.
