İngiltərədə ilin məşqçisi seçildi
17.12.2018 , 14:08

İngiltərədə 2018-ci ilin ən yaxşı yerli baş məşqçisinin adı müəyyənləşib.
Milli komandanın baş məşqçisi Qaret Sautqeyt hamını qabaqlayıb.
Qeyd edək ki, 48 yaşlı mütəxəssis 2016-cı ildən İngiltərə millisini çalışdırır. Onun rəhbərlik etdiyi komanda bu yay Rusiyada keçirilən dünya çempionatında 4-cü yerin sahibi olub.
