İngiltərədə iki liqa vaxtından əvvəl başa çatdırıldı
26.05.2020 , 17:00

İngiltərədə koronavirusa görə dayandırılmış qadınların Super Liqası və Çempionşip vaxtından əvvəl başa çatdırılıb.
Korner.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Klublarla danışıqların nəticəsinə əsasən belə bir qərarın verildiyi bildirilib.
