İngiltərədə çempion müəyyənləşdi
28.04.2025 , 10:45

İngiltərə Premyer Liqasında 34-cü turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, “Liverpul” bu turda “Tottenhem”i darmadağın edib – 5:1.
Bununla da Mersisayd təmsilçisi sona 4 tur qalmış 20-ci dəfə İngiltərə çempionu olub.
İngiltərə Premyer Liqası
34-cü tur
27 aprel
19:30. “Liverpul” – “Tottenhem” – 5:1
Qollar: L.Diaz,16, A.Makalister,24, C.Qakpo,34, M.Salah,63, D.Odoqie,69, – D.Solanke,12
