İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşıları məlum olub.
Korner.az-ın məlumatına görə, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ayın ən yaxşı baş məşqçisi seçilib.
Mütəxəssis ilk dəfədir ki, bu mükafata layiq görülüb.
“Tottenhem”in futbolçusu Harri Keyn isə ayın ən yaxşı oyunçusu seçilib. İngilis forvard bu mükafata 4-cü dəfə layiq görülüb.
Qeyd edək ki, 24 yaşlı futbolçu fevral ayında iştirak etdiyi 3 liqa matçında 4 qol vurub.
