İngiltərədə ayın ən yaxşı oyunçusu
09.05.2025 , 14:45

İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, “Liverpul”un futbolçusu Aleksis Makallisterdir.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Argentinalı yarımmüdafiəçi azarkeşlərin və ekspertlərin səsverməsində Rayan Ait-Nuri, Jorgen Larsen (ikisi də “Vulverhempton”), Harvi Barns, Ceykob Merfi (ikisi də “Nyukasl”), Morqan Rocers (“Aston Villa”) və Rayan Sessenyonu (“Fulhem”) qabaqlayıb.
