Futbol üzrə İngiltərə millisi ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Maykl Kerrik zədələnib.
Yarımmüdafiəçi milli komandanın son məşqində xəsarət alıb. 33 yaşlı futbolçunun zədəsinin ciddi olduğu deyilir. Zədə səbəbindən Kerrik Sloveniya ilə seçmə mərhələ, Şotlandiya ilə yoldaşlıq görüşündə komandasına kömək edə bilməyəcək.
