İngiltərə millisinin hücumçusu Ueyn Runi yığmadakı hədəflərindən söz açıb.
Korner.az-ın məlumatına görə, o, burada rekordlar qırmaq istədiyini ifadə edib:
“Milli komanda ilə kubok qazanmaq əla olardı. Ancaq fərdi olaraq rekordlar qırmaq istəyirəm. İngiltərə yığmasında ən çox qol vuran futbolçu rekordunu qırmaq istəyirəm. Bunu edə biləcək gücdəyəm. Belə bir uğura imza atsam, mənim üçün əla olar. Ailəm də mənimlə qürur duyar. Yığmada ən çox qol vuran Bobbi Çarltonu keçmək özümdən asılıdır. Bunu edə biləcək gücdəyəm. İnanıram ki, bu istəyimə nail olacam”.
Qeyd edək ki, Çarlton İngiltərə millisində 49, Runi isə 41 qol vurub.
