İngiltərə və Niderlanddan qələbə
22.11.2022 , 01:09

DÇ-2022-də daha 3 oyun keçirilib.
Korner.az xəbər verir ki, günün ilk matçında B qrupunda yer alan İngiltərə və İran milliləri üz-üzə gəlib. Matç avropalıların 6:2 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər görüşündə ABŞ və Uels münasibətlərinə aydınlıq gətirib. Oyunda qalib müəyyənləşməyib – 1:1.
A qrupunda Niderland yığması Seneqalla üz-üzə gəlib. “Narıncılar” matçın sonlarında vurduğu qollarla qələbəni bayram edib. Bu qrupun ilk oyununda Ekvador Qətəri 2:0 hesabı ilə məğlub edib.
Dünya çempionatı
21 noyabr
A qrupu
20:00. Seneqal – Niderland – 0:2
Qollar: Kodi Qakpo, 85, Klaassen, 90+9
B qrupu
17:00. İngiltərə – İran – 6:2
Qollar: Cud Bellinqem, 35, Bukayo Saka, 43, 62, Rahim Sterlinq, 45+1, Markus Reşford, 71, Cek Qriliş, 90 – Mehdi Taremi, 65, 90+14
23:00 ABŞ – Uels – 1:1
Qollar: Timoti Vea, 36 – Beyl, 82 (pen.)
