Ingiltərə və Fransa böyük hesabla qalib gəldi, Portuqaliya bərabərliyə razılaşdı
23.03.2019 , 11:11

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində ötən gün A,B və H qruplarında ümumilikdə 7 görüş baş tutub.
A qrupunda yer alan İngiltərə millisi Çexiya kollektivini 5-0 hesabı ilə məğlub edib. Qrupun digər görüşündə isə Bolqarıstan doğma meydan da Monteneqro ilə sülh bağlayıb.
B qrupunda son Avropa çempiou Portuqaliya millisi Ukraynanı qonaq edib. Görüşdə hesab açılmayıb. Qrupun autsayderi hesab olunan Lüksemburq isə Litva ilə 1:1 hesablı bərabərliyə razılaşıb.
H qrupunda Türkiyə Albaniya millisini, İslandiya isə Andorra millisini 2:0 hesabı ilə məğlub edib. Son Dünya çempionu Fransa kollektivi isə Moldova səfərindən xal ilə qayıdıb.
AVRO-2020
22 mart, cümə
A qrupu
İngiltərə 5-0 Çexiya
Qollar: Rahim Sterlinq – 24, 62,68, Hari Keyn – 45 (pen), Tomas Kalas 84 (öz qapısına)
Bolqarıstan 1-1 Monteneqro
Qollar: Stefan Muqosa – 50, Todor Nedelev – 82 (pen)
B qrupu
Lüksemburq 1-1 Litva
Qollar: Fioder Çerni – 14, Leandro Bareiro – 45, Gerson Rodrigez – 55
Portuqaliya 0-0 Ukrayna
H qrupu
Albaniya 0-2 Türkiyə
Qollar: Burak Yılmaz – 21, Hakan Çalhanoğlu – 55
Andorra 0-2 İslandiya
Qollar: Birkir Byarnason – 22, Vidar Kyartansson – 80
Moldova 1-4 Fransa
Qollar: Antuan Qrizman – 24, Rafael Varan – 27, Oliver Jiru -35, Kilian Mbappe – 87, Vladimir Ambros – 89
