Keyn Peleni keçdi, hədəf Neymar və Ronaldo
18.11.2025 , 12:43
İngiltərə millisinin hücumçusu Harri Keyn daha bir tarixi uğura imza atıb.
Korner.az xəbər verir ki, 32 yaşlı forvard DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Albaniya ilə keçirilən oyunda dubl etməklə millidəki ümumi qol sayını 78-ə (112 matç) yüksəldib.
Bu nəticə ilə o, milli komandaların bütün zamanların bombardirləri siyahısında Braziliya futbolunun əfsanəsi Peleni (77 qol) geridə qoyub və 12-ci pilləyə yüksəlib. Siyahıda 11-ci yeri 79 qolla Neymar tutur.
Bu göstərici üzrə rekord isə 143 qolla Kriştiano Ronaldoya məxsusdur.