İngiltərə Premyer Liqasının bərpa tarixi açıqlandı
29.05.2020 , 11:54

İngiltərə Premyer Liqasının bərpa tarixi müəyyənləşib.
Korner.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. Premyer Liqanın iyunun 17-də yenidən davam etdiriləcəyi bildirilib.
Çempionat 29-cu turun təxirə salınmış iki oyunu ilə start götürəcək.
Qeyd edək ki, İngiltərədə çempionatlar martın əvvəlindən dayandırılıb.
