İngiltərə Premyer Liqasında XXI tura yekun vurulub.
Korner.az-ın məlumatına görə, son oyun günündə 3 qarşılaşma baş tutub.
Londonda "Çelsi" KPR-i qəbul edib. Matçın favoriti "zadəganlar" göstərilsə də, ausader komanda gözlənilmədən səfərdə qələbə qazanıb.
"Liverpul" isə bu dəfə 3 xalı aktivinə yazan tərəf olub. Mersissaydlılar öz meydanında "Sanderlend"də divan tutub.
"Nyukasl" isə "Everton"la matçda hesabı açsa da, məğlub olub.
İngiltərə Premyer Liqası, XXI tur
2 yanvar
"Çelsi" – KPR 0:1
Qol: Şoun Rayt Filips, 78
"Liverpul" – "Sanderlend" 3:0
Qolar: Raheim Sterlinq, 19, Luis Suares, 26, 53
"Nyukasl" – "Everton" 1:2
Qollar: Papis Sisse, 2 – Leyton Beyns, 43, Viktor Aniçhebe, 60
