Futbol üzrə İngiltərə çempionatında yeni mövsümə dünən start verilib.
Korner.az-ın məlumatına görə, ilk turun birinci oyun günündə 7 qarşılaşma baş tutub.
Lui Van Qalın gəlişindən sonra böyük ümidlər bəslənilən "Mançester Yunayted" "Suonsi Siti" ilə ev oyununda məğlubiyyətlə üzləşib. "Arsenal" isə "Kristal Pelas"i çətinliklə də olsa, məğlub etməyi bacarıb.
"Leyçester Siti" – "Everton", "Vest Bromviç" – "Sanderlend" görüşlərində 4 qol vurulsa da, qalib müəyyənləşməyib. KPR evdə "Hall Siti"yə, "Stok Siti" "Aston Villa"ya, "Vest Hem" "Tottenhem"ə uduzub.
Turun qalan oyunu dünən keçirilib.
İngiltərə Premyer Liqası
1-ci tur
16 avqust
Mançester Yunayted – Suonsi Siti – 1:2
Qollar: Runi, 53 – S.Y.Ki, 28, Siqurdsson, 72.
Leyçester Siti – Everton – 2:2
Qollar: Ulloa, 22, Vud, 86 – Makqidi, 20, Neysmit, 45.
KPR – Hall Siti – 0:1
Qol: Çester, 52.
Stok Siti – Aston Villa – 0:1
Qol: Veymann, 50.
Vest Bromviç – Sanderlend – 2:2
Qollar: Berahino, 42-pen; 74 – Kattermol, 5, Larsson, 85.
Vest Hem – Tottenhem – 0:1
Qol: Dyer, 90.
Matçın 30-cu dəqiqəsində meydan sahiblərinin üzvü Noble penaltidən yararlana bilməyib
Arsenal – Kristal Pelas – 2:1
Qollar: Kosçielni, 45, Remsi, 90 – Hanqeland, 35.
17 avqust
Liverpul – Sauthempton 2:1
Qollar: Sterlinq 23, Nasaniel Klayn 56, Sdaric 79.
Nyukasl – Mançester Siti – 0:1
Qollar: David Silva 39, Aqüero 90.
18 avqust
Barnli – Çelsi – 1:3
Qollar: Arfild 14, Kosta 17, Şürle 21, İvanociç 34.
