İngiltərə Premyer Liqası başlayır
10.08.2018 , 13:22

Bu gün İngiltərə Premyer Liqasında 2018-2019 mövsümü başlayacaq.
İlk tur bir oyunla start götürəcək.
Açılış matçı “Old-Trafford”da olacaq. Burada “Mançester Yunayted” “Lester”i qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Qeyd edək ki, birinci turun digər oyunları sabah və birigün keçiriləcək.
