İngiltərə Premyer Liqasında son turun oyunlarına start verilib. Korner.az-ın məlumatına görə, bütün qarşılaşmalar eyni vaxtda start götürüb.
"Mançester Siti" öz meydanında "Kvins Park Reyncers"lə üz-üzə gəlib. "Şəhərlilər" bu matçdan qalib ayrılacağı təqdirdə çempion olacaqdı. Roberto Mançininin yetirmələri bu istəklərinə çətinliklə çatıblar. Hakimin oyunun əsas vaxtına əlavə etdiyi 5 dəqiqədə iki qol vuran Mançester təmsilçisi çempion olub.
Bu şəhərin digər təmsilçisi "Mançester Yunayted" isə "Sanderlend"in qonağı olub. Ser Aleks Fergusonun komandası səfərdə qələbə qazansa da, bu heç nəyə yetməyib. "Mançester Siti"nin də qələbə qazanması "qırmızı şeytanlar"ın çempionluq arzusunu gözündə qoyub.
Londonun "Arsenal" klubu da son turu qələbə ilə yekunlaşdırıb. "Topçular" "Vest Bromviç"lə səfər oyununda 3 xalı 3 qolla qazanıb.
13 may
İngiltərə Premyer Liqasında 38-ci turun oyunları
"Mançester Siti" – "Kvins Park Reyncers" – 3:2
Qollar: Zabaleta, 39 (1:0), Sisse, 48 (1:1), Makie, 66 (1:2), Ceko, 90+1 (2:2), Aquero, 90+3 (3:2)
"Norviç" – "Aston Villa" – 2:0
Qollar: Holt, 8 (1:0), Cekson, 21 (2:0)
"Sanderlend" – "Mançester Yunayted" – 0:1
Qol: Runi, 20 (0:1)
"Everton" – "Nyukasl" – 3:1
Qollar: Pinar, 16 (1:0), Yelaviç, 27 (2:0), Heytinqa, 65 (3:0), Hibbbert, 73-avtoqol (3:1)
"Çelsi" – "Bləkbörn" – 2:1
Qollar: Terri, 31 (1:0), Meyreleş, 34 (2:0), Yakubu, 60 (2:1)
"Suonsi" – "Liverpul" – 1:0
Qol: Qraham, 86 (1:0)
"Stok Siti" – "Bolton" – 2:2
Qollar: Ualters, 13 (1:0), 79-pen (2:2), Deyvis, 40 (1:1), 45 (1:2)
"Tottenhem" – "Fulhem" – 2:0
Qollar: Adebayor, 2 (1:0), Defo, 63 (2:0)
"Vest Bromviç" – "Arsenal" – 2:3
Qollar: Benayun, 4 (0:1), Lonq, 12 (1:1), Dorrans, 15 (2:1), Santos, 30 (2:2), Kosielni, 55 (2:3)
"Uiqan" – "Vulverhempton" – 3:2
Qollar: Yarvis, 9 (0:1), Di Santo, 12 (1:1), Boyke, 14 (2:1), 79 (3:1), Fletçer, 86 (3:2)