İspaniya La Liqasında mübarizə aparan “Real”ın (Madrid) futbolçusu Alvaro Moratanı “Arsenal” transfer etmək niyyətindədir.
Korner.az-ın məlumatına görə, bu haqda “The Sun” xəbər yayıb.
Əgər Aleksis Sançes komandadan ayrılarsa, “topçular” onun yerinə Moratanı heyətə cəlb etmək üçün hərəkətə keçəcək. Bildirilir ki, London təmsilçisi ispan oyunçu üçün 60 milyon avro ödəməyə hazırdı.
Start heyətə düşməkdə çətinlik çəkən hücumçu komandadan ayrılmağa müsbət yanaşır.
Xatırladaq ki, futbolçu bu mövsüm 37 oyuna 20 qol vurub 5 məhsuldar ötürmə edib. Alvaro bu mövsüm yalnız 17 matçda start heyətində çıxıb.
