İngiltərə nəhəngi növbəti transferini rəsmən açıqladı
21.01.2025 , 15:46

“Palmeyras”ın futbolçusu Vitor Reysin yeni klubu rəsmiləşib.
Korner.az xəbər verir ki, 19 yaşlı müdafiəçi “Mançester Siti”yə transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gənc oyunçu ilə 4.5 illik müqavilə imzalanıb.
Bu keçid “şəhərlilər” üçün 35 milyon avroya başa gəlib.
