İngiltərə millisində itki
15.10.2024 , 17:24
21 yaşadək futbolçulardan ibarət İngiltərə yığması bu gün AVRO-2025-in seçmə mərhələsinin F qrupunda Azərbaycanla keçiriləcək oyununa ciddi itki ilə çıxacaq.
Korner.az xəbər verir ki, “İpsviç Taun”un hücumçusu Liam Delap oyunu buraxacaq.
Buna səbəb onun diskvalifikasiya olunmasıdır.
Bristoldakı “Eşton Qeyt” stadionunda keçiriləcək İngiltərə – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.