İngiltərə millisi yeni baş məşqçisini rəsmən açıqladı
16.10.2024 , 13:00

Tomas Tuhelin yeni iş yeri rəsmən məlum olub.
Korner.az xəbər verir ki, almaniyalı mütəxəssis İngiltərə millisinin baş məşqçisi təyin edilib.
Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.
51 yaşlı çalışdırıcı vəzifəsinin başına 2025-ci ildə keçəcək.
