İngiltərə millisi Tomas Tuhellə yoluna davam edir
12.02.2026 , 14:28
İngiltərə Futbol Assosiasiyası milli komandanın baş məşqçisi Tomas Tuhellə müqavilənin müddətini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniyalı mütəxəssislə yeni sözləşmənin müddəti 2028-ci ilə qədər yenilənib.
52 yaşlı Tomas Tuhel İngiltərə yığmasına 1 yanvar 2025-ci ildən rəhbərlik edir.