İngiltərə millisi ardıcıl 8-ci mundiala vəsiqə qazandı
15.10.2025 , 10:30
İngiltərə millisi dünya çempionatları tarixində yeni nailiyyətə imza atıb.
Korner.az xəbər verir ki, İngiltərə yığması ardıcıl 8-ci dəfə dünya çempionatının final mərhələsinə yüksəlib.
Bu göstərici komandanın mundial tarixindəki ən uzun seriyasıdır.
Qeyd edək ki, İngiltərə millisi son olaraq 1994-cü ildə dünya çempionatında iştirak hüququ qazana bilməmişdi. Komanda ötən gecə Latviyaya qarşı keçirilən seçmə oyununda qələbə qazanaraq növbəti mundialda yerini təmin edib.