İngiltərə kubokunda oyunların təqvimi
29.05.2020 , 17:48

Koronavirusa görə dayandırılan İngiltərə kubokunun yeni təqvimi açıqlanıb.
Korner.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
Kubokun 1/4 final mərhələsinin oyunları 27-28 iyunda, yarımfinal matçları isə 11-12 iyulda keçiriləcək. Kubokun final görüşü isə avqustun 1-də baş tutacaq.
1/4 finalın cütləri
“Lester” – “Çelsi”
“Nyukasl – Mançester Siti”
“Şeffild Yunayted – Arsenal”
“Norviç – Mançester Yunayted”
Qeyd edək ki, İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.
