İngiltərə kuboku oyunlarında dəyişiklik
18.04.2024 , 23:56

Yeni mövsümdən İngiltərə kubokunun formatında dəyişiklik gözlənilir.
Korner.az xəbər verir ki, oyunlarda heç-heçə qeydə alınarsa, təkrar matç keçirilməyəcək.
Dəyişiklik birinci turdan başlayaraq turnirin bütün mərhələlərini əhatə edəcək.
Bu dəyişikliyə səbəb UEFA-nın bayrağı altında keçirilən turnirlərdə oyunların sayının artması ilə əlaqədardır.
