Bu gün İngiltərə Kubokunun (“Community Shield”) finalında London derbisi – “Arsenal” və “Çelsi” klubları münasibətlərə aydınlıq gətirib.
Korner.az-ın məlumatına görə, “Uembli”də keçirilən qarşılaşmada bir qol vurulub.
“Topçular”ın hücumçusu Aleks Oksleyn Çemberleyn oyunda vurulan yeganə qolun müəllifi olub.
Görüşü həm də azərbaycanlı futbolsevərlər izləyirdi. Onlar oyunun sonlarına yaxın Azərbaycan bayrağını da dalğalandırıb.
