İngiltərə kuboku: 1/4 final oyunlarının vaxtı açıqlandı
06.06.2020 , 17:24

İngiltərə kubokunda 1/4 final mərhələsinin oyunlarının təqvimi müəyyənləşib.
Korner.az xəbər verir ki, kubokun 1/4 final mərhələsinin görüşləri 27-28 iyun tarixlərində keçiriləcək.
İngiltərə kuboku
1/4 final
27 iyun
20:30. Norviç Siti – Mançester Yunayted
28 iyun
16:00. Şeffild Yunayted – Arsenal
19:00. Lester Siti – Çelsi
21:30. Nyukasl – Mançester Siti
