İngiltərə klubunun yeni transfer hədəfi
25.04.2024 , 16:55

“Mançester Yunayted” “Bayer Leverkuzen”də çıxış edən Ceremi Frimponqun transferində israrlıdır.
Korner.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Bildirilib ki, klub müqaviləsi gələn il başa çatacaq Aaron Van-Bissakanın yerinə Frimponqu nəzərdən keçirir.
“Bayer Leverkuzen”lə müqaviləsi 2028-ci ilə qədər davam edən futbolçunun hazırkı bazar dəyəri 50 milyon avrodur.
Bu mövsüm Frimponq meydana çıxdığı 40 matçda 13 qol vurub və 11 məhsuldar ötürmə edib.
